Deputat: İnkişaf etmiş ölkələrdə sabit tarif sosial yönümlü addım sayılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
18:50

Deputat: İnkişaf etmiş ölkələrdə sabit tarif sosial yönümlü addım sayılır

10 in, 2025
18:50
260

Deputat: İnkişaf etmiş ölkələrdə sabit tarif sosial yönümlü addım sayılır

İnkişaf etmiş ölkələrdə sabit tarif sosial yönümlü addım sayılır.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, təklif edilən dəyişikliklərin əsas mahiyyəti “sabit tarif” anlayışının qanunvericiliyə daxil edilməsidir: “Bu, vətəndaş üçün enerji xərclərinin daha sabit və proqnozlaşdırıla bilən olması deməkdir. Sonrakı mərhələlərdə artıq tariflərin necə bölünməsi və digər məsələlərə müvafiq qurumlar tərəfindən baxılacaq. Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə sabit tarif sosial yönümlü addım sayılır və cəmiyyətin inkişafına müsbət təsir edən addım hesab olunmalıdır. Eyni zamanda, enerji təchizatçıları üçün də bu sistem daha sabit maliyyə planlamasına imkan verəcək, investisiya mühitini yaxşılaşdıracaq. Həmçinin yeni texnologiyalar və daha keyfiyyətli xidmətlərə sərmayə yönəltmək üçün sabit zəmin yaradacaq”.

Bizimlə əlaqə saxlayın