Qazın qiymətini müəyyənləşdirən qurum dəyişəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
15:50

Qazın qiymətini müəyyənləşdirən qurum dəyişəcək

10 in, 2025
15:50
211

Qazın qiymətini müəyyənləşdirən qurum dəyişəcək

Yeni qanunun qəbulundan sonra qazın qiyməti tənzimləyici tərəfindən müəyyənləşdiriləcək, hazırda tarifləri Tarif Şurası müəyyən edir.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında“ yeni qanun layihəsinin müzakirəsində Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov deyib.

Rahid Əsədov bildirib ki, qaz satıcısının konkret hüquq və vəzifələri layihədə öz əksini tapıb: “Əlavə olaraq, subyektlərin bölünməsi həyata keçiriləcək. Qazın paylanması, satışı, nəqli, topdan satışı və idxalı ilə bağlı müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurumun tərkibində ayrı-ayrı hüquqi şəxslər müəyyən ediləcək”.

Bizimlə əlaqə saxlayın