10
in
2025
15:50

yuxarı
Əli Əsədov: Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzərində birgə iş aparılır

Əli Əsədov: Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzərində birgə iş aparılır
Hazırda Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzərində birgə iş aparılır.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Əli Əsədov xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan Prezidentləri Xəzər dənizi – Qara dəniz marşrutu ilə Avropaya yaşıl enerji ixracına imkan verəcək üçtərəfli razılaşma imzalayıblar.