"Bulla-dəniz" yatağında indiyədək 70 mlrd. kubmetrdən artıq qaz hasil olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
in
2025
14:50

"Bulla-dəniz" yatağında indiyədək 70 mlrd. kubmetrdən artıq qaz hasil olunub

05 in, 2025
14:50
208

"Bulla-dəniz" yatağında indiyədək 70 mlrd. kubmetrdən artıq qaz hasil olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-dəniz" yatağı istismara veriləndən 70,8 mlrd. kubmetrdən çox qaz hasil olunub (01 aprel 2025-ci il tarixinə olan məlumata görə - red.).

Sizinxeber.az-Economics”in SOCAR-ın məlumatlarına istinadən verdiyi xəbərə görə, hesabat dövründə yataqda 12,5 mln. ton neft (kondensatla birlikdə) hasil olunub.

Məlumata görə, hazırda yataqda 1-i neft, 8-i qaz-kondensat olmaqla 9 quyu fəaliyyətdədir. Quyular fontan üsulu ilə istismar edilir.

Qeyd edək ki, “Bulla-dəniz” yatağı Bakı arxipelağının şimal hissəsində, Ələt burnundan 22-23 km, Bulla adasından isə 12-15 km, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası" yatağından isə 10 km cənub-şərqdə yerləşir. Struktur tektonik cəhətdən şimal-qərb cənub-şərq istqamətinə uzanan eni 9 km, uzunluğu isə 27 km, şimal-şərq qanadda hündürlüyü 1400 metr olan nəhəng braxiantiklinal qırışıqdan ibarətdir.

Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər və daha cox dəyişir. Dənizin dibi maili olaraq, cənub-şərq istiqamətində dərinliyə doğru batır. Bu qalxım aparılan seysmik kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkarlanıb. Bu quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 000 000 kubmetr qaz alınıb.

Bizimlə əlaqə saxlayın