Azərbaycanla Pakistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
17:00

Azərbaycanla Pakistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

04 in, 2025
17:00
351

Azərbaycanla Pakistan yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasının neft naziri Əli Pervaiz Maliklə görüşüb.

Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında sənaye, ticarət və logistika istiqamətləri üzrə tərəfdaşlığın genişləndiyi nəzərə çatdırılıb. Özəl sektor nümayəndələrinin iştirakı ilə mütəmadi keçirilən tədbirlərin işgüzar dairələr arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə töhfə verdiyi bildirilib.

Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsi, enerji sahəsində həyata keçirilən qlobal layihələr və yaşıl enerji üzrə işbirliyi imkanları barədə fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın