BP "Qarabağ" yatağında qaz hasilatını nəzərdən keçirəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
15:50

BP "Qarabağ" yatağında qaz hasilatını nəzərdən keçirəcək

04 in, 2025
15:50
151

BP "Qarabağ" yatağında qaz hasilatını nəzərdən keçirəcək

BP şirkəti "Qarabağ" yatağının qaz ehtiyatlarının işlənməsini nəzərdən keçirmək niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun maliyyə üzrə vitse-prezidenti Kolin Allan deyib.

Onun sözlərinə görə, şirkət yatağından neft hasilatı ilə yanaşı, gələcəkdə orada aşkar edilmiş qaz ehtiyatlarının işlənməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir.

"Bu həftə biz "Qarabağ" layihəsinə daxil olmaq üçün prosedurun başa çatdığını elan etdik. Biz ilk növbədə yatağın neft ehtiyatlarına diqqət yetirsək də, orada qaz ehtiyatları da aşkarlanıb və gələcəkdə onların necə istifadəyə verilməsini nəzərdən keçirəcəyik", - Kolin Alan qeyd edib.

Bizimlə əlaqə saxlayın