SOCAR: Qonşu ölkələrə Xəzərdə yaşıl enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edirik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2025
12:50

SOCAR: Qonşu ölkələrə Xəzərdə yaşıl enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edirik

04 in, 2025
12:50
229

SOCAR: Qonşu ölkələrə Xəzərdə yaşıl enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edirik

SOCAR qonşu ölkələrə Xəzərdə bərpa olunan enerji sahəsində ortaq konsorsiumların yaradılmasını təklif edir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

O bildirib ki, neft-qaz sektorunda uğurla həyata keçirdiyimiz regional konsorsium modelini Xəzərdə bərpa olunan enerji sahəsinə də tətbiq edə bilərik. Bu, xərcləri azaldacaq və prosesi sürətləndirəcək.

Əfqan İsayev SOCAR-ın külək enerjisi layihələrində qarşılaşdığı logistika və infrastruktur çətinliklərinə də toxunub: “Bizim açıq dənizlərə birbaşa çıxışımız yoxdur. Külək turbinlərinin qanadları 92 metrdən başlayır və getdikcə uzanır. Onları daşımaq və quraşdırmaq çətin prosesdir. Həmçinin, bu işlər üçün xüsusi gəmilər tələb olunur ki, biz onları burada istehsal etməliyik.”

Bizimlə əlaqə saxlayın