
Nazir müavini: Dövlət şirkətləri fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar

Nazir müavini: Dövlət şirkətləri fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar
Yaşıl Gündəm uzunmüddətli strateji məqsəd olaraq Azərbaycan hökumətinin rəqəmsal inkişaf və süni intellekt siyasəti ilə paralel şəkildə həyata keçirilir.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O qeyd edib ki, yeni yaradılmış “AZCON Holding”ə daxil olan dövlətə məxsus müəssisələr, o cümlədən bəzi mobil və stasionar rabitə operatorları artıq fəaliyyətlərində yaşıl enerjiyə keçidə başlayıblar.
“Bu müəssisələr bəzi baza stansiyalarını və texniki tunellərini yaşıl enerji ilə təmin etməyə başlayıb. Paralel olaraq, yeni inşa olunan G-Cloud infrastrukturunda yaşıl tikinti sertifikasiyası prinsiplərinə uyğun planlama həyata keçirilir,” – deyə nazir müavini əlavə edib.