03
in
2025
12:50

yuxarı
BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq

BP-nin vitse-prezidenti: "Qarabağ" yatağında yaradılacaq infrastruktur AÇG blokunda mövcüd infrastruktura qoşulacaq
"Qarabağ" yatağında yaradılacaq infrastruktur "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda mövcüd infrastruktura qoşulacaq.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.
Onun sözlərinə görə, qeyd olunan proses "Qarabağ" yatağının işlənilməsinə tez bir zamanda başlamağa imkan verəcək:
"Plana görə, "Qarabağ"dan ilk neftin çıxarılması 2029-cu ildə baş tutacaq. Çox güman ki, yataqda kiçik platforma quraşdırılacaq və bu platforma AÇG-nin mövcud infrastrukturuna qoşulacaq".