Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
10:50

Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır

03 in, 2025
10:50
217

Aİ rəsmisi: Azərbaycan bərpaolunan enerji sahəsində də etibarlı tərəfdaşdır

Avropa İttifaqı Azərbaycanın enerji sahəsində, xüsusilə də təbii qaz və bərpa olunan enerji üzrə etibarlı tərəfdaş olduğunu bir daha vurğulayır.

APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyanın Enerji Platforması işçi qrupu və beynəlxalq əlaqələr üzrə baş direktoru Kristina Lobillo Borrero deyib.

“Burada – Azərbaycanda – etibarlı tərəfdaşlara dair çox aydın bir nümunə verirəm. Bizim Azərbaycanla qaz sahəsində çox güclü tərəfdaşlığımız var. Amma bu yalnız qazla məhdudlaşmır – bərpa olunan enerji sahəsində də sıx əməkdaşlıq edirik,” – deyə o bildirib.
Rəsminin sözlərinə görə, Avropa İttifaqı enerji təhlükəsizliyini prioritet istiqamət kimi müəyyənləşdirib və Rusiyadan qaz asılılığını azaltmaq məqsədilə alternativ və dayanıqlı tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Bu kontekstdə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Aİ rəsmisi əlavə edib ki, qurum artıq Rusiyadan qaz idxalını 155 milyard kubmetrdən 33 milyard kubmetrə endirib və bu boşluğu bərpa olunan enerji və digər etibarlı mənbələrlə doldurmağa çalışır.

“Avropa İttifaqı hazırda 2030, 2040 və 2050-ci illər üçün iqlim neytrallığı hədəflərini hüquqi çərçivəyə salmaq və sənaye rəqabətliliyini qoruyaraq sərfəli enerji təminatını genişləndirmək istiqamətində işləyir” - o əlavə edib.

Bizimlə əlaqə saxlayın