OPEC: Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasətini yüksək qiymətləndiririk » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
17:50

OPEC: Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasətini yüksək qiymətləndiririk

02 in, 2025
17:50
275

OPEC: Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasətini yüksək qiymətləndiririk

“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays arasında görüş keçirilib.

Bu barədə "Sizinxeber.az-Economics"ə Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanla OPEC+ formatında əməkdaşlıqdan məmnunluq ifadə edilərək, ölkəmizin neft bazarının tənzimləmə prosesində rolu yüksək qiymətləndirilib. Həmçinin enerjiyə artan tələbat fonunda karbohidrogenlər, o cümlədən neft sahəsinə investisiyaların vacibliyi qeyd olunub. Azərbaycan Prezidentinin enerji növlərinin inkişafına dair rasional siyasəti OPEC-in Baş katibi tərəfindən yüksək qiymətləndirilib.

Söhbət zamanı qlobal neft bazarında inkişaf meylləri, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilat öhdəliklərinin icra səviyyəsi və enerji balansında neftin gələcək roluna dair müzakirələr aparılıb. Azərbaycan iyulda keçiriləcək OPEC Beynəlxalq Seminarına dəvət edilib.

Bizimlə əlaqə saxlayın