06
may
2025
17:50

yuxarı
Gürcüstan son 18 ildə ilk dəfə Rusiyadan Azərbaycandan çox qaz alıb

Gürcüstan son 18 ildə ilk dəfə Rusiyadan Azərbaycandan çox qaz alıb
Son 18 ildə ilk dəfə Gürcüstanın Rusiyadan aldığı qazın həcmi Azərbaycandan idxal etdiyi qazın həcmini üstələyib.
"APA-Economics" Gürcüstanın Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında Gürcüstan qaza 183,048 milyon dollar xərcləyib ki, bunun da 100,647 milyon dolları Rusiyadan idxal olunan qazın payına düşüb (bütün tədarükün 55%-i).
Azərbaycandan idxal isə 82,401 milyon dollar təşkil edib.