Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
may
2025
16:50

Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib

02 may, 2025
16:50
453

Azərbaycan Rumıniya və Bolqarıstanla qaz-enerji məsələlərini müzakirə edib

Energetika naziri Pərviz Şahbazov Türkiyədə Rumıniya və Bolqarıstanlı həmkarları ilə görüşüb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İstanbulda Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı, qaz tədarükü və enerji əməkdaşlığının gündəliyində olan digər məsələlərlə bağlı müzakirələr apardıq. Türkiyədə Bolqarıstanın energetika naziri Jeço Stankov ilə səmərəli görüş keçirdik. Qaz tədarükü və tranziti üzrə əməkdaşlığımızın inkişafı perspektivlərini, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi”l ayihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişləri nəzərdən keçirdik”, - paylaşımda qeyd olunub.

Bizimlə əlaqə saxlayın