29
apr
2025
09:50

yuxarı
“Brent” neftinin qiyməti 64 dollara enib

“Brent” neftinin qiyməti 64 dollara enib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,94% azalaraq 1 barelə görə 64,18 ABŞ dolları təşkil edib.
"Sizinxeber.az-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1% azalaraq 61,43 ABŞ dollarına bərabər olub.