25
apr
2025
16:50

yuxarı
Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20%-dən çox artıb

Azərbaycanda əmtəəlik səmt qazının istehsalı 20%-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft yataqlarından 3 734,72 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,3% azdır.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 3 804,91 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 21% çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur