Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
17:50

Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir

24 apr, 2025
17:50
379

Azərbaycan istehsallı dizel daxili bazara və Gürcüstana yönəldilir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal dərinliyinin artması SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalında Azərbaycandan dizelin aşırılmasına təsir edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxışı zamanı terminalın baş direktoru İlqar Əlizadə deyib.

Onun sözlərinə görə, NEZ-də modernləşmə getdiyinə görə, əvvəllər xaricə çıxarılan nisbətən aşağı keyfiyyətli dizel daha dərin emal keçir.

İlqar Əlizadə qeyd edib ki, NEZ-də istehsal olunan "Avro-5" dizel Azərbaycanın daxili bazarına və Gürcüstana yönəldilir.

"Bu gün Azərbaycandan ixrac 1.5, 2 il əvvəlkindən bir qədər aşağıdı", - İlqar Əlizadə qeyd edib.

Bizimlə əlaqə saxlayın