BTQ ilə neft məhsullarının nəqlinə hazırlıq işləri tamamlanır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
14:50

BTQ ilə neft məhsullarının nəqlinə hazırlıq işləri tamamlanır

24 apr, 2025
14:50
386

BTQ ilə neft məhsullarının nəqlinə hazırlıq işləri tamamlanır

Cari ilin sonunadək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti neft məhsullarının ixracı üçün tam hazır olacaq.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov deyib.

Onun sözlərinə görə, neft məhsulları kateqoriya üzlə təhlükəli yüklərə aiddir və onların daşımasını təmin etmək üçün müvafiq hazırlıq işləri aparılmalıdır.

"Müvafiq tələblərə uyğunlaşdırılması işləri tamamlama üzrədir", - Emil Məmmədov qeyd edib.

O bildirib ki, BTQ dəmiryolu xətti üzlə rekonstruksiya işləri tamamlanıb və onun illik buraxılış gücü 5 mln tona çatdırılıb.

Emil Məmmədov əlavə edib ki, hazırda xətt üzrə quru və konteyner yükləri daşınır, ilin sonunadək isə BTQ ilə neft məhsullarının nəqli mümkün olacaq.

Bizimlə əlaqə saxlayın