Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
apr
2025
13:50

Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır

24 apr, 2025
13:50
592

Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır

Azərbaycan təkcə neft hasilatı deyil, həm də neft nəqli üzrə regionun əsas oyunçularından biridir.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"da çıxış edərkən "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri Emil Məmmədov deyib.

O qeyd edib ki, ölkənin geniş infrastrukturu və terminal imkanları onu neft və neft məhsullarının nəqli üzrə əsas oyunçu kimi təqdim etməyə imkan verir.

"Bu məsələdə "Azərbaycan Dəmir Yolları" vacib rollardan birini oynayır", - Emil Məmmədov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat və tranzit imkanlarının gənişləndirilməsində Bakı-Tbilisi-Qars dəmir yolu vacib rol oynayır.

"Hazırda bu dəmir yolu ilə neft nəql olunmur, lakin BTQ ilə neft məhsullarının daşınması planlaşdırılır", - ADY nümayəndəsi qeyd edib.

Bizimlə əlaqə saxlayın