Deputat: Düşünürəm ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2025
15:50

Deputat: Düşünürəm ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək

23 apr, 2025
15:50
489

Deputat: Düşünürəm ki, qanun yeni binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək

“Yeni qanunun qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından, satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını tənzimləməkdir. Eləcə də, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən ediləcək. Digər tərəfdən isə, düşünürəm ki, qanunun qəbulu gələcəkdə istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini də yüksəldəcək”.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.

Deputat bildirib ki, qanun yeni tikilən çoxmənzilli binaların istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə də kömək edəcək: “Düşünürəm ki, yeni qanun istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi vacib vəzifələrin yerinə yetirilməsi üçün mühüm hüquqi baza olacaq”.

Bizimlə əlaqə saxlayın