“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
apr
2025
00:50

“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb

19 apr, 2025
00:50
487

“Ford” bəzi modellərin Çinə çatdırılmasını dayandırıb

ABŞ-n avtomobil istehsalçısı “Ford” Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbilə bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.

Sizinxeber.az xəbər verir ki, bu haqda “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Məlumata görə “Ford” bu həftə “F-150 Raptor” pikapları, “Mustang” idman kupeləri və “Bronco” yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. “Ford”a məxsus “Lincoln's Navigator” modelinin Çinə tədarükü də dayandırılıb.

Qəzet qeyd edib ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və “F-150” pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır.

Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.

Bizimlə əlaqə saxlayın