Bakının bir sıra rayonlarında qaz olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2025
09:50

Bakının bir sıra rayonlarında qaz olmayacaq

18 apr, 2025
09:50
448

Bakının bir sıra rayonlarında qaz olmayacaq

Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar 18.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F.Rüstəmov, Koroğlu, Ü.Hacıbəyov, Z.Mehdiyev, F.Qayıbov, C.Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın