Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
apr
2025
09:00

Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

18 apr, 2025
09:00
550

Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barrel neft nəql olunub.

Bu barədə "Sizinxeber.az- Econimics" SOCAR-a istinadən xəbər verir.

"“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib", - məlumatda qeyd olunur.

Qeyd edək, ki “Bakı-Supsa” neft kəmərinin tikintisinə 1996-cı ildə başlanılıb, 1998-ci ildə isə başa çatdırlıb. Kəmərin ümumi uzunluğu 829 kilometr, diametri isə 21 düym təşkil edir. Kəmərin maksimum gündəlik ötürmə gücü 146 min bareldir.

Bizimlə əlaqə saxlayın