Azərbaycan neft məhsullarının ixracını 16%-dən çox artırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2025
12:50

Azərbaycan neft məhsullarının ixracını 16%-dən çox artırıb

17 apr, 2025
12:50
485

Azərbaycan neft məhsullarının ixracını 16%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 56 725,71 min ABŞ dolları dəyərində 122 386,13 ton neft məhsulları ixrac edib.

"Sizinxeber.az-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,7% az, həcmi isə 16,3% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.

Bizimlə əlaqə saxlayın