"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2025
12:00

"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər

16 apr, 2025
12:00
398

"OPEC+" ölkələri artıq neft hasilatınının kompensasiyası planlarını yeniləyiblər

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) OPEC könüllü azalmalarda iştirak edən yeddi “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının könüllü azaltması üzrə təşəbbüs) ölkəsindən artıq neft hasilatının kompensasiyasının yenilənmiş planlarını alıb.

Sizinxeber.az-Economics”in OPEC-ə isitnadən verdiyi məlumata görə, sözügedən ölkələr Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan və Omandır.

Ümumilikdə, qeyd olunan ölkələr 2025-ci ilin aprelindən 2026-cı ilin iyununa qədər tədricən gündəlik 4,572 milyon barel həcmində artıq neft hasilatını kompensasiya etməli olacaqlar. Əvvəlki qrafiklə müqayisədə kompensasiyanın ümumi həcmi 568 min barel artıb.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Bizimlə əlaqə saxlayın