15
apr
2025
13:00

yuxarı
IEA qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb

IEA qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb
Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb.
Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 1,3 mln. barel (öncəki proqnoz göstəricisindən 0,2 mln barel azdır) artaraq 104,3 mln. barel təşkil edəcək.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft tələbatının artım tempinin 0,95 mln. barel olacağı ehtimal olunur.