
Azərbaycanda kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL

Azərbaycanda kimya məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb - CƏDVƏL
Bu ilin yanvar-mart aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 554,9 milyon manatlıq məhsul istehsal edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 43,3%, kimya sənayesi məhsullarının istehsalı 1,9% artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 1,8% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 38,1%, polietilen istehsalı 0,5% artıb, etilen istehsalı 2,3 faiz, propen (propilen) istehsalı 10,4%, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 3%, polietilendən kisə və çantalar istehsalı isə 38,6% azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2025-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % | 01.04.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları | |||
Təsirsiz qazlar, min kub metr | 11 053,1 | 102,2 | 65,5 |
ondan: azot, min kub metr | 5 796 | 98,2 | 62 |
Lak-boya məmulatları, ton | 7 237,3 | 138,1 | 5 98,1 |
Qeyri-üzvi kimyəvi maddələr, ton | 3 690,0 | 42,1 | 6 720 |
ondan: yod, ton | 44 | 90,3 | 22,5 |
Üzvi kimyəvi maddələr, min ton | 209,5 | 78,5 | 38,2 |
ondan: etilen, min ton | 41,9 | 97,7 | 0,8 |
propen (propilen), min ton | 36,3 | 89,6 | 0,8 |
metanol (metil spirti), min ton | 97,7 | 67,8 | 29,5 |
Etil spirti, min dkl | - | x | 34 |
Gübrə və azot birləşmələri, min ton | 137,3 | 82,2 | 28,2 |
ondan: karbamid, min ton | 137,2 | 82,2 | 28,1 |
İlkin formada plastik kütlə, min ton | 79,7 | 97,1 | 26,1 |
ondan: polietilen, min ton | 41,3 | 100,5 | 15,5 |
Yapışqan və yapışdırıcı maddələr, min ton | 40,5 | 161,4 | 12 |