Azərbaycanda neft emalı 12%-dən çox azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
13:50

Azərbaycanda neft emalı 12%-dən çox azalıb

14 apr, 2025
13:50
425

Azərbaycanda neft emalı 12%-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 12,5% azalma deməkdir.

Energetika Nazirliyindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında isə Azərbaycanda 1,6 mln. ton neft emal edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda 5,8 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 10,8% azdır.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod (NEZ) respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Bizimlə əlaqə saxlayın