14
apr
2025
13:00

yuxarı
Azərbaycan ötən ay "OPEC+" kvotasından 89 min barel geridə qalıb

Azərbaycan ötən ay "OPEC+" kvotasından 89 min barel geridə qalıb
Bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76,9 min ton və ya 580 min barel olub.
Energetika Nazirliyindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, bunun 62,6 min tonunu (462 min barel) xam neft, 14,3 min tonunu (118 min barel) kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 89 min barel geridə qalıb.