Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
apr
2025
16:50

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub

10 apr, 2025
16:50
431

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq müzakirə olunub

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə keçirilən görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, yaşıl enerji üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd olunur.

Bizimlə əlaqə saxlayın