10
apr
2025
10:50

yuxarı
ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. bareli ötüb

ABŞ-da kommersiya neft ehtiyatları 440 mln. bareli ötüb
ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik artımdan sonra 2 553 min barel artıb və 442 345 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-in Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-in neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.