Macarıstan şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etmək istəyir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
11:50

Macarıstan şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etmək istəyir

07 apr, 2025
11:50
746

Macarıstan şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etmək istəyir

Macarıstanın MVM şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıdır.

"Sizinxeber.az Economics" xəbər verir ki, bunu ADA Unviersitetində keçirilən "Innovative Pathways to a Greener Future: Renewable Energy and Emission Reduction" tədbirində MVM şirkətinin rəhbəri Karoly Matrai bildirib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştiraçısıdır.

"Biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istərdik. Biz həm də regionda geniş biznes imkanlarını gördüyümüz üçün ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq. Yaşıl Enerji Dəhlizi layihəsi Macarıstan baxımından mühüm əhəmiyyət kəsb edir. "Şahdəniz" layihəsi Macarıstanın enerji təchizatının şaxələndirilməsinə yol açdığı kimi, Yaşıl Dəhliz də başqa bir imkandır", - Karoly Matrai qeyd edib

Onun sözlərinə görə, bu, ona görə vacibləşir ki, Macarıstan kifayət qədər elektrik enerjisi istehsal etmir və hava şəraitindən asılı olaraq öz tələbatının 20-25%-ni idxal hesabına ödəyir.

"Yaşıl Enerji Dəhlizi layihəsi Xəzərin ucuz elektrik enerjisinə çıxışı açacaq ki, bu da tədarükün daha da şaxələndirilməsi üçün həm iqtisadi, həm də siyasi zəmin yaradacaq. Onun Macarıstan üçün strateji əhəmiyyəti də məhz bundadır. Üstəlik, bu layihə bütün region üçün dönüş nöqtəsi ola bilər.

Bizimlə əlaqə saxlayın