Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
apr
2025
18:50

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var

04 apr, 2025
18:50
582

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var

Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı Trans-Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 2 milyon ABŞ dolları məbləğində texniki yardım göstərib.

"APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir xatırladıb ki, COP29 çərçivəsində Xəzər dənizi vasitəsilə “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb.

Şahbazov onu da bildirib ki, bu gün “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yeni enerji dəhlizinin təməli qoyulub, memorandum bu ölkələrin energetika nazirləri tərəfindən imzalanıb.

"Hazırda Azərbaycan bir sıra yaşıl enerji təşəbbüslərini, o cümlədən Xəzər dənizi-Qara dəniz-Avropa (Macarıstan) yaşıl enerji dəhlizinin yaradılması layihəsini həyata keçirir. Qeyd etmək istərdim ki, bütün bu yaşıl enerji dəhlizi layihələrinin bir-biri ilə rəqabət yarada biləcəyi ilə bağlı fərziyyələr doğru deyil. Azərbaycanın bu layihələri həyata keçirmək üçün kifayət qədər resursları var", - nazir vurğulayıb.

Bizimlə əlaqə saxlayın