
Rumıniyalı nazir: Ümid edirik ki, Aİ-nin qrantları "Yaşıl Dəhliz"in maliyyələşdirilməsini təmin edəcək

Rumıniyalı nazir: Ümid edirik ki, Aİ-nin qrantları "Yaşıl Dəhliz"in maliyyələşdirilməsini təmin edəcək
"Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də vacib rol oynayır. Düşünürəm ki, onun təsiri bütün dünyaya yayılır".
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja deyib.
O həmçinin bildirib ki, Yaşıl Dəhliz çox iddialı layihədir. Bu, dünyanın ən uzun sualtı kabeli olacaq – 1,100 kilometr uzunluğunda və ehtimal ki, 10 milyard avrodan çox dəyərə malikdir.
“Hazırda bununla bağlı tədqiqatın yekunlaşdırılmasına yaxınlaşırıq. Daha sonra isə maliyyələşdirməni təmin etməliyik. Ümid edirik ki, Avropa İttifaqı qrantları layihənin böyük hissəsini əhatə edəcək və biz onu həyata keçirə biləcəyik. Bu, hər iki tərəf üçün enerji təhlükəsizliyini artıracaq, daha ucuz və eyni zamanda təmiz enerji əldə etməyə imkan verəcək. Bu, həqiqətən də hər kəs üçün qazanc deməkdir”- Rumıniyalı nazir əlavə edib.