04
apr
2025
17:50

yuxarı
Nazir: Qaz ixracını artırmaq üçün uzunmüddətli kontraktlar lazımdır

Nazir: Qaz ixracını artırmaq üçün uzunmüddətli kontraktlar lazımdır
Qaz hasilatı layihələrinin inkişafı və mövcud infrastrukturunun genişləndirilməsi üçün uzunmüddətli kontraktlar tələb olunur.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransı zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Avropaya qaz ixracını artırmaq üçün uzunmüddətli sazişlərin əldə olunması vacibdir.
"Bununla yanaşı, Avropa Komissiyanın qarantiyaları və müvafiq institutlar tərəfindən mümkün maliyyənin ayrılması vacibdir", - Pərviz Şahbazov qeyd edib.