04
apr
2025
09:50

yuxarı
“Brent” neftinin qiyməti 70 dollardan aşağı enib

“Brent” neftinin qiyməti 70 dollardan aşağı enib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 1,07% azalaraq 1 barelə görə 69,39 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,14% azalaraq 66,19 ABŞ dollarına bərabər olub.