Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
apr
2025
17:50

Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb

03 apr, 2025
17:50
401

Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb

Bu ilin yanvar-mart aylarında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 27,9 kubmetr) 14,41 ABŞ dolları təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisi ilə (8,75 dollar) müqayisədə 64,7% çoxdur.

Bu barədə “Sizinxeber.az-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu ilin mart ayında Avropada qazın orta qiyməti 13,24 dollar səviyyəsində olub, bu da fevral ayının göstəricisi (15,35 dollar) ilə müqayisədə 13,7% azalma deməkdir.

Məlumata görə, yanvar-mart aylarında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 4,15 dollar təşkil edib, bu da ötən ilin birinci rübünün göstəricisi ilə (2,13 dollar) müqayisədə 94,8% çoxdur. Cari ilin mart ayında ABŞ-da təbii qazın orta qiyməti 4,13 dollar olub, bu da fevral ayının göstəricisi (4,22 dollar) ilə müqayisədə 2,1% azdır.

Bildirilir ki, 2024-cü ildə Avropa və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 10,96 dollar (16,4% azalma) və 2,19 dollar (13,8% azalma) təşkil edib.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bizimlə əlaqə saxlayın