Azərbaycanın qızıl ixracından gəlirləri 6 dəfəyə yaxın artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
apr
2025
15:50

Azərbaycanın qızıl ixracından gəlirləri 6 dəfəyə yaxın artıb

02 apr, 2025
15:50
480

Azərbaycanın qızıl ixracından gəlirləri 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 40,2 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın mart sayına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 6,8 mln. dollar səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycan 211,8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 74,3% çoxdur.

Bizimlə əlaqə saxlayın