BP-nin icraçı vitse-prezidenti Bakıya səfər edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
mar
2025
18:50

BP-nin icraçı vitse-prezidenti Bakıya səfər edib

18 mar, 2025
18:50
582

BP-nin icraçı vitse-prezidenti Bakıya səfər edib

BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda birgünlük planlaşdırılmış səfərdə olub.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

Q.Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biri olan bu işgüzar səfər şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək məqsədi daşıyıb. Gün ərzində cənab Birrel bp-nin regional rəhbərliyi ilə bir sıra görüşlər keçirib və şirkətin regionda əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyətlə və 2025-ci il üçün planlaşdırılmış işlərlə tanış olub.

Səfər çərçivəsində həmçinin cənab Birrellə iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş olub.

Bu görüşdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.

Bizimlə əlaqə saxlayın