
Azərbaycanda avtomobil yanacağı istehsalı artıb - CƏDVƏL

Azərbaycanda avtomobil yanacağı istehsalı artıb - CƏDVƏL
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 029,1 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19,2%, ağ neft istehsalı 18,3%, avtomobil benzini istehsalı 3,3 faiz artıb.
Hesabat dövründə ölkədə neft koksunun istehsalı 6,4%, neft bitumu istehsalı 8,1%, sürtkü yağları istehsalı isə 31,9% azalmışdı.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2025-ci ilin yanvar-fevral ayları | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.03.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 257,1 | 103,3 | 84,5 |
Ağ neft, min ton | 121,5 | 118,3 | 30,8 |
Qazoyllar (dizel yanacağı), min ton | 457,3 | 119,2 | 195,4 |
Mazut, min ton | 33,1 | - | 3,2 |
Sürtkü yağları, min ton | 6,2 | 68,1 | 6 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
131,8 |
95,4 |
41,1 |
ondan: neft bitumu, min ton | 29,5 | 91,9 | 15,7 |
neft koksu, min ton | 37,9 | 93,6 | 20,6 |