07
mar
2025
17:50

yuxarı
Dünyada qazma qurğularının sayı azalıb

Dünyada qazma qurğularının sayı azalıb
Bu ilin fevral ayında dünyada neft və qaz hasilatı üçün quraşdırılmış işlək qazma qurğularının sayı illik müqayisədə 72 vahid və ya 4% azalaraq, 1 741-ə enib.
Bu barədə "APA-Economics" "Baker Hughes" neft-qaz servis şirkətinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar ayı ilə müqayisədə, hesabat dövründə qazma qurğularının sayı 45 vahid və ya 2,65% artıb.