ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu artırıb, gələn il üçün azaldıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2025
10:50

ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu artırıb, gələn il üçün azaldıb

09 iy, 2025
10:50
254

ABŞ bu il üçün neftin qiyməti üzrə proqnozunu artırıb, gələn il üçün azaldıb

ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 65,97 ABŞ dollarından 68,89 dollaradək artırıb.

"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 65,22 dollar (öncəki proqnoz – 62,33 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 58,48 dollar (öncəki proqnoz – 59,24 dollar), WTI-ın isə 54,82 dollar (öncəki proqnoz – 55,58 dollar) olacaq.

Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 80,56 dollar və 76,6 dollar təşkil edib.

Bizimlə əlaqə saxlayın