09
iy
2025
09:50

yuxarı
EIA Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib

EIA Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
"Sizinxeber.az-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ölkədə ortalama gündəlik neft hasilatı 570 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).
EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 540 min barel təşkil edəcək (proqnoz dəyişməyib).
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.