Nardaran, Ramanı, Sabunçu və Maştağanın bir hissəsində qaz olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
09:50

Nardaran, Ramanı, Sabunçu və Maştağanın bir hissəsində qaz olmayacaq

24 in, 2025
09:50
107

Nardaran, Ramanı, Sabunçu və Maştağanın bir hissəsində qaz olmayacaq

Sabunçu rayonunda qaz xətlərinin yerinin təhlükəsiz əraziyə köçürülməsi, həmçinin “Quşçuluq” qaz xətləri üzərində quraşdırılmış tənzimləyicilərin yeniləri ilə əvəzlənməsi məqsədilə 24.06.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Nardaran, Ramanı, Sabunçu və Maştağa qəsəbələrinin bir hissəsinin, Suraxanı rayonunda isə Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın