
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb - CƏDVƏL
Bu ilin yanvar-may aylarında Azərbaycanda 10762,7* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.
Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 10 390,2 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,5% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 8 693,4 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-aprel göstəricisindən 1% azdır.
Qeyd etmək lazımdır ki, cari ilin ilk dörd ayı ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
Elektrik enerjisi, mln. kVt.s | 2025-ci ilin yanvar- may aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Ümumi istehsal | 10762,7* | 102,6 |
ondan əmtəəlik | 10390,2 | 102,5 |
istilik elektrik stansiyalarının istehsalı | 8693,4 | 99 |
ondan: tullantıların yandırılmasından alınan elektrik enerjisi |
98,7 |
97,2 |
su elektrik stansiyalarının istehsalı | 1506,2 | 127,7 |
külək elektrik stansiyalarının istehsalı | 6,4 | 24,5 |
günəş elektrik stansiyalarının istehsalı | 184,2 | 118,5 |