Baş icraçı direktor: Qlobal energetikanın yeni siması formalaşır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
in
2025
11:50

Baş icraçı direktor: Qlobal energetikanın yeni siması formalaşır

21 in, 2025
11:50
239

Baş icraçı direktor: Qlobal energetikanın yeni siması formalaşır

Hazırda qlobal energetika elektrik enerjisinə tələbatın dəfələrlə artması fonunda yeni simasının formalaşması mərhələsindədir.

APA-Economics”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barəd “Rosneft”in (Rusiyanın iri neft-qaz şirkəti) baş icracı direktoru İqor Seçin bildirib.

“Qlobal energetikanın hazırkı vəziyyəti elektrik enerjisinə tələbatın dəfələrlə artması ilə şərtlənən, yeni simasının formalaşması mərhələsindədir. Bu enerjinin generasiyası həm fosil yanacaqlar, həm də bərpa olunan mənbələr hesabına təmin olunacaq”, – İqor Seçin qeyd edib.

Onun sözlərinə görə, energetikanın yeni simasının formalaşmasında praktiki olaraq iştirak edə bilənlər, iqtisadi və texnoloji baxımdan irəlidə olma imkanı əldə edəcəklər.

Bizimlə əlaqə saxlayın