Azərbaycandan Avropaya indiyədək 50 mlrd. kubmetr qaz ixrac edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
11:50

Azərbaycandan Avropaya indiyədək 50 mlrd. kubmetr qaz ixrac edilib

20 in, 2025
11:50
213

Azərbaycandan Avropaya indiyədək 50 mlrd. kubmetr qaz ixrac edilib

Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 mlrd. kubmetrə çatıb.

APA-Economics”in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.

Bildirilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bizimlə əlaqə saxlayın