Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
in
2025
15:00

Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib

12 in, 2025
15:00
237

Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib

Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə "Sizinxeber.az-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, nazir Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Bizimlə əlaqə saxlayın