Sizin Reklamınız Burada ola bilər!
featured

Siyavuş Novruzov: “Bəzi məmurlar qazilərin hüquqlarını təmin etmirlər”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov qazilərin problemlərindən danışıb.

Oxu.Az-ın məlumatına əsasən, S.Novruzov deyib ki, bəzi məmurlar isti kabinetdə oturur, amma qazilərin hüquqlarını təmin etmirlər.

“Hər həftə eşidirik ki, hansısa qazi intihar edir. Bu, hansı səbəbdən olur? Heç bilinmir də. Kimlərsə müraciət edən qazilərə deyirlər ki, sənin sənədlərin gəlməyib, kompüterdə yoxdur. Bu qazi öz problemi ilə məşğul olsun, psixoloji travmasının dərdini çəksin?” – deyə Siyavuş Novruzov əlavə edib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar qazilərin müraciətlərinə vaxtında cavab verməlidirlər.

“Hərəsi 5-6 min işçi saxlayır. Onları ayır, qazilərin problemlərini dinləsin, onların sənəd işlərinə yardım etsinlər”.

 

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
Siyavuş Novruzov: “Bəzi məmurlar qazilərin hüquqlarını təmin etmirlər”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica