Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədiSizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 04:35

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur – XİN siyahını yenilədi

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur – XİN siyahını yenilədi
ƏLAVƏ OLUNUB :

23 Yanvar 2021 - 11:20

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur – XİN siyahını yenilədi
Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.
Oxu.Az-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir.
Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.
Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir.
2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.
Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub.
Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.
Aqşin Kərimov

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.