Türkmənistan Prezidenti Azərbaycanla münasibətləri yüksək qiymətləndiribSizinxeber.az – Azərbaycan Xəbərləri

27 Şubat 2021 - 11:56

Türkmənistan Prezidenti Azərbaycanla münasibətləri yüksək qiymətləndirib

Türkmənistan Prezidenti Azərbaycanla münasibətləri yüksək qiymətləndirib
ƏLAVƏ OLUNUB :

21 Yanvar 2021 - 23:22

Türkmənistan Prezidenti Azərbaycanla münasibətləri yüksək qiymətləndirib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması, iki dövlət arasında enerji sahəsində əməkdaşlığın möhkənləndirilməsi, habelə bölgədə beynəlxalq tərəfdaşlığın inkişafı baxımından yüksək əhəmiyyəti vurğulanıb.
İkitərəfli əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı xüsusilə qeyd olunub.
Qurbanqulu Berdiməhəmmədov iki ölkə münasibətlərinin hazırkı vəziyyətini çox yüksək qiymətləndirirərək, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını qeyd edib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əməkdaşlıq, dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edən münasibətlərin müsbət dinamikasını vurğulayıb, bu xüsusda son 3 il ərzində həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərləri və imzalanmış 50-dən çox sənədi qeyd edib.
Görüşdə həmçinin dövlətlərimizin regional əməkdaşlıq formatlarında iştirakı, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.